“Bakı Metropoliteni” 3 milyonluq qum-çınqıl alır

“Bakı Metropoliteni” 3 milyonluq qum-çınqıl alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Az-Tek.İn” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 3 536 700 AZN təşkil edən müqavilədə qum, çınqıl və digər materialların daşınması ilə birlikdə satın alınması nəzərdə tutulur.
“Digər materiallar” barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Yəni, bəlli deyil ki, “digər materiallar” deyiləndə konkret nə nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Az.Tek.İn” MMC  16 mart 2011-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi, ev 15, mənzil 30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bağırov Mahmud Valeryeviçdir.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.