Bakı meriyası qanunu pozan şirkəti qalib etdi: tender ləğv olundubackend

Bakı meriyası qanunu pozan şirkəti qalib etdi: tender ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-nin keçirdiyi tender ləğv edilib. Tribunainfo.az xəbər verir ki, MMC paytaxt ərazisində dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınmasını həyata keçirmək niyyətində olub.
300.000 manatlıq tenderin ləğvinə səbəb isə qanunu pozmuş şirkətin tenderə buraxılması və qalib elan edilməsi olub. Bu səbəbdən də Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti “Dövlət satınalmaları haqqında” qanunun 36.10-cu maddəsini tətbiq edərək, Bakı meriyasına protokol tərtib edib. Ehtimal edilir ki, Eldar Əzizovun rəhbəri olduğu meriya bu addımına görə cərimələnəcək.