Bakı məktəblisi erməniləri məğlub edərək fəxri kürsüyə qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı məktəblisi iki erməni idmançısını məğlub ederək beynəlxalq idman yarışında qaliblər sırasında yer alıb. 
Bakı məktəblisi iki erməni idmançısını məğlub ederək beynəlxalq idman yarışında qaliblər sırasında yer alıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin on şagirdi və bir müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə açıq Avropa çempionatında uğurla çıxış ediblər.

TİA.AZ-ın məlumatına görə, BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar.

Turnirdə 171 nömrəli tam orta məktəbin iki şagirdi birinci, bir şagirdi üçüncü yeri tutub. Həmçinin 86, 191 nömrəli ümumtəhsil müəssisələrinin yetirmələri birinci yerə layiq görülüb, 76, 275, 278 və 290 nömrəli tam orta məktəblərin şagirləri ikinci, 287 nömrəli “Zəkalar” liseyinin yetirməsi isə üçüncü yerə sahib olub.
 

Yarışda 86 nömrəli tam orta məktəbin şagirdi Şamil Hacıyev 40 kiloqram çəki dərəcəsində Ermənistandan olan iki idmançını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beynəlxalq turnirdə məktəblilərlə yanaşı, onları yarışa hazırlayan, 171 nömrəli tam orta məktəbin müəllimi Barat Orucov yuxarı yaş dərəcəsi üzrə birinci yeri tutub.

Çempionatda, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akdemiyasının tələbəsi birinci yerə layiq görülüb.

Ümumilikdə Azərbaycandan yarışa qatılan 12 nəfərin hamısı fəxri kürsüyə yüksəlib.

Qaliblər medal və diplomla təltif olunub.

Turnirdə 18 ölkədən 250-dən artıq idmançı iştirak edib. Onlar müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparıblar.