Bakı klubu bu futbolçuya 70 min ödədi (FOTO)backend

Bakı klubu bu futbolçuya 70 min ödədi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səbail” klubu sabiq futbolçusu Tural Bayramlıya 70 min manat ödəniş edib.

Bu barədə prosport.az-a idmançının hüquqi işlərini görən nümayəndəsi Elcan Həsənli deyib.
Bu gün klubun futbolçuya ödəniş etməsi ilə bağlı son günü idi. Əks halda 26 yaşlı futbolçu nümayəndəsi vasitəsilə FIFA-ya müraciət etməyi düşünürdü.
Qeyd edək ki, hazırda “Araz-Naxçıvan”ın formasını geyinən yarımmüdafiəçi paytaxt təmsilçisini onunla olan müqaviləni birtərəfli şəkildə pozduğu üçün AFFA-dakı Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdi. Oktyabrın 12-də qərar “Səbail”in xeyrinə çıxarılsa da, dekabrın 27-də AFFA Apellyasiya Arbitraj Tribunalı futbolçuya 70 min manatın ödənilməsi barədə qərar çıxarmışdı. Lakin 3 ay müddətində həmin pul ödənilməmişdi.
Onu da bildirək ki, “Səbail” də 4 gün əvvəl AFFA-nı (böyük ehtimalla, Apellyasiya Arbitraj Tribunalını) məhkəməyə verib.