COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
Elnur Soltanov bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib.
“Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub”, – o vurğulayıb.