“İndi 2020-ci il müharibəsi zamanı mənim və ya həmkarlarımın verdiyi açıqlamalara baxsanız, hətta təəccüblənəcəksiniz ki, biz o bəyanatdan sonra indi necə Azərbaycana daxil ola bilmişik”.
Tribunainfo.az xəbər verir ki, bunu bu günlərdə Bakıda səfərdə olmuş erməni ekspert Areq Koçinyan deyib.
Onun sözlərinə görə, əgər keçmiş fəaliyyətlər araşdırılsa, nə Azərbaycan, nə də Ermənistandan heç kim bu tip tədbirlərə qatılmamalıdır.
O qeyd edib ki, Ermənistanın siyasi arenasında Ermənistan-Azərbaycan nizamlanmasının əleyhinə danışan hər kəs ya xarici agentdir, ya da apolitik axmaqdır.
Fərda Uğur










