“Davosda nəinki Paşinyan-Əliyev görüşü baş tutmadı, hətta praktikada onun mümkünlüyünə belə toxunulmadı”.Tribunainfo.az xəbər verir ki, bu sözləri ekspert Hakop Badalyan deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan prosesi “keçid mərhələsi”ndədir. “Bu mərhələ bir qədər davam edəcək. Lakin kifayət qədər yüksək səviyyədə riski özündə ehtiva edir”.