Bakı ilə İrəvan yolların açılmasına razılaşıb? – erməni nəşrindən iddiabackend

Bakı ilə İrəvan yolların açılmasına razılaşıb? – erməni nəşrindən iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti Azərbaycan və Ermənistan arasında daha bir razılaşmanın olmasına dair məlumat yayıb. Tribunainfo.az xəbər verir ki, nəşr bu məlumatı hakim Mülki Müqavilə Partiyasının qapalı iclasından əldə etdiyini bildirib.
Məlumatda deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və XİN başçısı Ararat Mirzoyan qapalı görüşdə deputatlara məlumat veriblər ki, Azərbaycanla kommunikasiyalar məsələsində anlaşıblar. “Həm Paşinyanı, həm də Ararat Mirzoyan yük daşımalarının bərpasına toxunublar. Mirzoyan və onlar MMP üzvlərini əmin ediblər ki, bu baş verərsə, Ermənistan yaxın gələcəkdə iqtisadi cəhətdən çiçəklənəcək, insanlar bundan razı və xoşbəxt olacaqlar. Bildirilib ki, Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu ilə yükdaşımalara başlanılması üçün ilkin razılıq əldə olunub. Və yaxın gələcəkdə dəmir yolunun təmiri ilə bağlı addımlar atılmalıdır”.