Kreml Bakı ilə İrəvan arasında razılaşmanın Moskvada müzakirəsinin mümkünlüyündən danışıb.
Tribunainfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur.
“Hələ yox. Dəqiq anlaşma yoxdur. Biz təmaslarımızı davam etdiririk”, – o, Rusiyanın Moskvadan sülh planının hazırlanması üçün platforma kimi istifadə edilməsi təklifi ilə bağlı irəliləyişin olub-olmaması ilə bağlı suala cavabında deyib.
Xatırladaq ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə görüşünün baş tutmayacağını bildirib.