Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranmış vəziyyəti daha da qızışdıracaq.

Peskov onu da qeyd edib ki, Moskva Bakını təhdid etmir:

“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və etmir”.

Onun sözlərinə görə, hadisələrin kökündə “cinayətlərin, o cümlədən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin açılması istiqamətində görülən işlər” dayanır. /axar.az