Bakı, Gəncə, Qəbələ şəhərləri Minsk, Qomel və Qrodno ilə qardaşlaşıb

Bakı, Gəncə, Qəbələ şəhərləri Minsk, Qomel və Qrodno ilə qardaşlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı, Gəncə, Qəbələ şəhərləri ilə Belarusun Minsk, Qomel və Qrodno şəhərləri qardaşlaşıb.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı memorandumlar imzalanıb.

Memorandumları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel imzalayıblar.