Bakı Fond Birjasına yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Fond Birjası QSC-nin (BFB) Beynəlxalq Əlaqələr və Korporativ Kommunikasiyalar Qrupunun rəhbəri dəyişib. 

Bakı Fond Birjası QSC-nin (BFB) Beynəlxalq Əlaqələr və Korporativ Kommunikasiyalar Qrupunun rəhbəri dəyişib.

Report xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Nuranə Heydərova işdən çıxıb, onun yerinə Çingiz Hüseynov təyin edilib.

Ç.Hüseynov bundan əvvəl Milli Depozit Mərkəzi sədrinin müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank (“Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı” (ASB), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və ləğvetmə prosesində olan “United Credit Bank” ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.