“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalayıblar və bu, onilliklərlə davam edən münaqişəyə son qoyulmasında mühüm irəliləyiş deməkdir”.
Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “NE Global” nəşrinə açıqlamasında deyib.
O vurğulayıb ki, sənədin Vaşinqtonda imzalanması Azərbaycanın sülh niyyətində olduğunun təsdiqidir:
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına dair müddəada vurğulanır ki, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq, yəni sazişin imzalanmasını təmin etmək üçün əlavə tədbirlər görülməlidir, Bakı Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması üçün Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin ediləcəyini gözləyir”.
E.Əmirbəyov əlavə edib ki, imzalanan Birgə Bəyannamənin əsas müddəalarından biri iki ölkə arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəliyidir, xüsusən də Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi zərurətidir.