Bu gün taksi fəaliyyəti ilə məşğul olan Əhməd Əhmədov kimi sürücülər az deyil. Onların hamısına da poliklinikalarda sağlamlıq haqqında arayış verilib.
Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu olduqca ciddi problemdir:
“Hər şey sürücülərin tibbi müayinəsindən asılıdır. Çox təəssüf ki, tibbi müayinəni də poliklinikalar pul qarşılığında formal formada həyata keçirilir.
Artıq bir neçə taksi sürücüsü bildirib ki, sağlamlıq haqqında arayış almaq istəyəndə poliklonikada dərhal pul istəyirlər. Pul ödənildikdən sonra heç bir müayinə aparılmadan kağız yazıb verirlər ki, sağlamsız, gedə bilərsiz. Bu biabırçılıqdı, işə biganə yanaşmaq, hər kəsi təhlükəyə atmaqdır.
Şəhər təhlükəli taksi sürücülərləri ilə doludur. Burada poliklonikaların üzərinə böyük iş düşür. Onların işi araşdırılmalıdır. Yoxlama aparılsa, ciddi formada işə yanaşılsa problem qismən də olsa aradan qalxar. Şəhərdə əlində sağlamlıq arayışı olan psix, xəstə doludur. Kim verib bu arayışları onlara? Bir həkimin tamahı bütün bir cəmiyyəti təhlükətə atır. Özünü idarə edə bilməyən adam taksini mecə idarə etsin”.
Nigar İxtiyarqızı