Bakı Dövlət Unuversitetini 15 min manat cərimələdilər – SƏBƏB

Bakı Dövlət Unuversitetini 15 min manat cərimələdilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universiteti ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, BDU İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 268.0.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə, fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

BDU ilə bağlı işə 31 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.

Universitetin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar