Bakı Dövlət Sirki itlərə görə cərimələnib

Bakı Dövlət Sirki itlərə görə cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Sirki inzibati qaydada cərimələnib.

Tribuna xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol əsasında Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tələblərini pozan sirkə 1200 manat cərimə kəsilib.

Qeyd edək ki, Bakı Dövlət Sirki ölkəyə 10 baş sirk itini gətirərkən gömrük prosedurlarına əməl etməyib.

Teleqraf