Bakı Dövlət Sirki gömrük qaydalarını pozdubackend

Bakı Dövlət Sirki gömrük qaydalarını pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az xəbər verir ki, Bakı Dövlət Sirki İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 499.1.1-ci maddəsini pozub. Maddəyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

İşə 3 iyun tarixində Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Nigar