Bakı Dəmiryolu Vağzalında etiraz: Bir nəfərin halı pisləşdi – Videobackend

Bakı Dəmiryolu Vağzalında etiraz: Bir nəfərin halı pisləşdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri narazıdır.

Sumqayıt-Xırdalan-Bakı qatarında bu gün səhər saatlarında sıxlıq yaranıb. Nəticədə sərnişinin halı pisləşib.
TİA.AZ APA-ya istinadla xəbər verir ki, sərnişinin halının pisləşməsinə sıxlıq və qatardakı kondisionerlərin işləməməsi səbəb olub.
Sərnişinlər sıxlığa və qatarların gecikməsinə etiraz olaraq Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.
Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.