Bu gün səhər saatlarında sakinlər “Gənclik” metrosunun çıxışında 3 nömrəli “Bakı Bus” avtobusunu 40 dəqiqəyə yaxın gözləməli olublar.
Bu gün səhər saatlarında sakinlər “Gənclik” metrosunun çıxışında 3 nömrəli “Bakı Bus” avtobusunu 40 dəqiqəyə yaxın gözləməli olublar.
Uzun ləngimədən sonra isə eyni dəqiqədə “Bakı Bus”un 4 avtobusu dayanacağa daxil olub.
Nümunəvi xidməti ilə fərqlənən “Bakı Bus”dakı bu idarəetmə pozuntusu ilə bağlı Axar.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu cür halların baş verməsinə aidiyyəti qurum olaraq onlar məsuliyyət daşıyır:
“Bu gün səhər saatlarında 3 saylı marşurut xətti ilə hərəkət edən “Bakı Bus” sərnişin avtobusunun gecikməsi sıxlıqla bağlı olub. Ümumiyyətlə, bu cür hallar keçirilən tədbirlərlə, təmir işləri, yaxud da yoldakı sıxlıqla bağlı olur. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin müşahidə kameraları ilə avtobuslara daima nəzarət olunur.
Əgər sürücü heç bir əsas olmadan intervalı uzadırsa, avtomobili müəyyən olunmuş sürət həddindən aşağı sürürsə, ümumiyyətlə, belə hallar sürücü məsuliyyətsizliyi səbəbindən baş verərsə, sürücü haqda müəyyən tədbirlər görülür. Yox əgər belə hallar sürücüdən aslı olmayan səbəblər üzündən baş verərsə, sürücü məsuliyyət daşımır”.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü sıxlığın harada baş verməsi və eyni xətt üzrə hərəkət edən 4 marşrutun eyni anda hərəkəti barədə dəqiqləşdirmələr aparıldığını bildirib.