backend

“BAKI BUS” ÖZ İNTERVALINA QAYITDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında sakinlər “Gənclik” metrosunun çıxışında 3 nömrəli “Bakı Bus” avtobusunu 40 dəqiqəyə yaxın gözləməli olublar. 

Bu gün səhər saatlarında sakinlər “Gənclik” metrosunun çıxışında 3 nömrəli “Bakı Bus” avtobusunu 40 dəqiqəyə yaxın gözləməli olublar.

Uzun ləngimədən sonra isə eyni dəqiqədə “Bakı Bus”un 4 avtobusu dayanacağa daxil olub.

Nümunəvi xidməti ilə fərqlənən “Bakı Bus”dakı bu idarəetmə pozuntusu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu cür halların baş verməsinə aidiyyəti qurum olaraq onların  məsuliyyət daşıdığını bildirib

BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev TİA.AZ-a bildirdi ki, bu, səhər saatlarında həmin istiqamətdə yaranmış avtomobil sıxlığı və tıxacla bağlı olub: “Əslində avtobusların ardıcıl gəlməsi də onu göstərir ki, yolda müntəzəm hərəkət üçün şərait olmamışdır. Ancaq bir müddət sonra interval müəyyən olunmuş qrafikə salınmış və hazırda avtobuslarımız əvvəlki intervalla hərəkət edir”.

İlahə