backend

Bakı Beynəlxalq Caz Festivalı yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

On gün davam edən növbəti Bakı Beynəlxalq Caz Festivalı “Landmark Rotunda”da reallaşan braziliyalı Denis Fontura və dicey Tomasın konsert proqramı ilə yekunlaşıb. 

On gün davam edən növbəti Bakı Beynəlxalq Caz Festivalı “Landmark Rotunda”da reallaşan braziliyalı Denis Fontura və dicey Tomasın konsert proqramı ilə yekunlaşıb.

TİA.AZ xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil edilən builki festivala 10-dan çox ölkədən müxtəlif caz ifaçıları qatılıb. Tədbirlər paytaxtın bir neçə konsert salonunda keçirilib.

Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, ABŞ, Kanada, Fransa, İsveç, Almaniya, Niderland, Yaponiya, Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrin tanınmış caz ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Festivalın açılışı Braziliyadan olan “Qabriel Qrossi” triosunun çıxışı ilə baş tutub.

Dünyanın tanınmış caz ifaçıları, kvartetləri və kvintetləri səhnədə ifa etdikləri bir-birindən maraqlı vokal caz nömrələrini zövq və yüksək enerji imkanı ilə nümayiş etdiriblər. Təqdim olunan kompozisiyalar həqiqi musiqi zərifliyini qoruyaraq daha çox harmonik şəkildə olması ilə seçilib və maraqla qarşılanıb.

Festival çərçivəsində, həmçinin sərgilər, ustad dərsləri, “Mənim tanıdığım Vaqif” filminin nümayişi, “Uşaq caz günü” müsabiqəsi təşkil olunub.