Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr-7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr-7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının “APA-Economics”ə verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. “Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir”, – deyə Ş.Mehmanqızı əlavə edib. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.