Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır.
Tribunainfo.az xəbər verir ki, Baku TV bununla bağlı süjet hazırlayıb.
Paytaxtdakı bazarlarda satıcılar bildiriblər ki, hazırda alçanın 1 kiloqramı 300 manatdan başlayır, min manata qədər davam edir:
“Min manata da var, ölçüsünə görə dəyişir. İstixanada yetişdirildiyinə görə xərci çoxdur. Elə bil bir istixanadan yarım kilo alça çıxır”.
Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymətə satışa qoyurlar:
“Alça hər qiymətə var. Açıq bazar olduğu üçün hərənin özünün insafına qalıb. Hazırda alçaya tələbat var deyə qiyməti qalxıb”.