“Bakı Baş Səhiyyə Mərkəzi” cərimələndi

“Bakı Baş Səhiyyə Mərkəzi” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Baş Səhiyyə Mərkəzi” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, səhiyyə mərkəzi İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinin
əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 29 iyul tarixində hakim Əfqan Ələkbərovun sədrliyi ilə işə baxılacaq.

Nigar