Bakı Baş Səhiyyə Mərkəzi barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, mərkəz İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.1-1-ci bəndini pozub. Tələbi pozulan maddəyə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Səhiyyə Mərkəzinin işinə 3 may tarixində Yasamal Rayon Məhkəsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Mərkəzin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar