Bakı AES-in ləğvini tələb edib, İrəvan da razılaşıb

Bakı AES-in ləğvini tələb edib, İrəvan da razılaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni politoloq Beniamin Matevosyan iddia edib ki, Brüsseldə aprelin 5-də Paşinyan, Blinken, fon der Leyen və Borrelin arasında keçirilmiş görüşdə bir sıra razılaşmalar olub. Tribunainfo.az xəbər verir ki, politoloq həmin görüşdə irəli sürülən və razılaşdırılan təkliflərin bəzi hissələri gizli saxlanılır.
O bildirib ki, Ermənistan hökumətinin razılaşdığı və ictimaiyyətə açıqlamadığı əsas məsələ Metsamor Atom Elektrik Stansiyasının bağlanması barədə razılığın olmasıdır. “AES-in bağlanması üçün Türkiyə və Azərbaycanın uzun illərdir can atırdı. Brüssel görüşündə bu məsələ də həllini tapıb”.
Matevosyan onu da deyib ki, Qərb ölkələri Metsamor AES-in yerinə Ermənistan üçün modul tipli AES-lər inşa edəcək.