“Bakı Abadlıq Xidməti” MMC barəsində inzibati iş başlanıb.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Oktyabrın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.
347-ci maddəyə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.