Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.
1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.
+91 çəki dərəcəsində mübarizə aparan idmançıların gərgin keçən görüşündə boksçumuz 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını – ən azı bütünc medalı təmin edib.
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.