“Bakcell”in Cocuq Mərcanlı planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mobil operatoru “Bakcell” MMC “OOKL” şirkəti tərəfindən “Azərbaycanda ən sürətli mobil şəbəkə” mükafatını əldə edib. Azərbaycanın mobil operatoru “Bakcell” MMC “OOKL” şirkəti tərəfindən “Azərbaycanda ən sürətli mobil şəbəkə” mükafatını əldə edib.

Şirkət bu uğurunu bölüşmək üçün mətbuat konfransı keçirib. Tədbirdə çıxış edən Bakcell şirkətininin baş icraçı direktoru Nikolay Bekers şirkətin mobil internet sahəsində 3G şəbəkəsi ilə yanaşı, 4G və LTE şəbəkələrini də genişləndirilməsindən söz açıb:

“Bakcell istifadəçiləri sürətli internetdən Bakının istənilən yerində, həmçinin Abşeron yarımadası və ona yaxın ərazilərdə istifadə edə bilərlər. Biz bu texnologiyanı inkişaf etdirib yaxın illərdə respublikanın digər regionlarında da tətbiq edəcəyik. Bakcell həqiqətən də istifadəçilərinə ölkədə ən sürətli və ən sərfəli mobil internet təklif edən operatordur”, – deyə o, bildirib.

İcraçı direktor həmçinin Ələt, Qaradağ ərazilərində irimiqyaslı sənaye müəssisələrinin yaradılması ilə əlaqədar olaraq diqqətlərini bu istiqamətə yönəltdiklərini qeyd edib:

“Cari ilin sonuna qədər 4G şəbəkəsinin əhatə dairəsi Bakı və Abşeron yarımadasının hüdudlarını aşacaq və bu şəbəkənin genişləndirilməsi prosesi davam etdiriləcək”.

Nikolay Bekers 5G şəbəkəsinin ölkəyə nə vaxt gətiriləcəyi ilə bağlı sualı cavablandırarkən bunun vaxt məsələsi olduğunu və hələlik heç bir şirkətin bu sahədə lisenziyasının olmadığını diqqətə çatdırıb.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin köçürülməsi məsələsinə də toxunan icraçı direktor burada mobil rabitənin təşkili işlərinin aparıldığını deyib:

“Cocuq Mərcanlı məsələsi Bakcelin də gündəmindədir. Həmin əraziyə köçürüləcək əhali üçün keyfiyyətli mobil rabitənin təşkil edilməsi məqsədilə müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Şirkətimizin texniki heyəti dəfələrlə həmin bölgədə olub və əhali oraya köçürüldükdən sonra biz də bu sahədə hesabatımızı geniş şəkildə təqdim edəcəyik”.(Qaynarinfo)