Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 29 noyabr- 2 dekabr tarixlərində keçiriləcək “BakuTel 2016” sərgisinin iştirakçısıdır.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 29 noyabr- 2 dekabr tarixlərində keçiriləcək “BakuTel 2016” sərgisinin iştirakçısıdır.
TİA.AZ xəbər verir ki, hər il olduğu kimi bu il də şirkət öz stendində sərgini ziyarət edənləri böyük məmnuniyyətlə qarşılayır və özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirir.
Bu ilki sərgidə “Bakcell”in stendində aşağıdakılar guşələr təşkil edilib:
•Ulduzum – Bu hissədə qonaqlar Ulduzum sadiqlik proqramı barədə ətraflı məlumat əldə etməklə yanaşı interaktiv oyunda iştirak edəcəklər. Yüksək nəticələr əldə edən iştirakçılara Ulduzum proqramının tərəfdaşlarından müxtəlif hədiyyələr təqdim olunacaq.
•Bakcell Bussiness – Burada sərgi iştirakçılarına Bakcell şirkətinin Biznes tarifləri barədə ətraflı məlumat təqdim ediləcək.
•Nomrem.bakcell.com – Qonaqlar xüsusi yaradılmış internet səhifəsi vasitəsilə almaq istədikləri nömrənin boş olub-olmadığını özləri yoxlaya biləcək və seçdikləri nömrəni sifariş vermək imkanına malik olacaqlar.
•Virtual Reallıq – Burada sərginin qonaqları Bakının ən hündür nöqtələrindən birini virtual şəkildə ziyarət edəcək, hündürlükdən qorxmayan cəsarətli qonaqlar isə kiçik müsabiqədə iştirak edə biləcəklər.
•Bakcell Arena – Qonaqlar stend ərazisində qurulan kiçik futbol sahəsində futbol çempionatının iştirakçısı olacaqlar. Sərgi keçirildiyi müddət ərzində hər gün baş tutan finalın qalibləri Mançester şəhərinə pulsuz səfər etmək imkanı qazanacaqlar.
•PES2017 yarışması – Play Station oyununda qalib olan iştirakçılara pulsuz danışıq dəqiqələri təqdim ediləcək.
•Applab – Stendin bu hissəsində qonaqlar Applab innovativ mobil developer layihəsi barədə ətraflı məlumat alacaq, proqrama qoşulma qaydaları və üstünlükləri barədə məlumatla tanış olacaqlar.
•Sür@- Bu guşədə qurulmuş qaçış lenti trenajorunda iştirakçılar 40 saniyə ərzində qət edə bildikləri məsafə müqabilində pulsuz internet trafiki ala biləcəklər.
“Regionun ən böyük tədbirlərindən biri hesab edilən “BakuTel” sərgisi 20 ildən artıqdır ki, ölkənin telekommunikasiya və informasiya texnologiyaları sahəsinin güzgüsü rolunda çıxış edir. Bu il 20 illiyini qeyd edən Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ənənəvi qaydada bu önəmli tədbirdə iştirak edir. Beynəlxalq nüfuzlu “BakuTel”də iştirak bizə öz məhsul və xidmətlərimizi nümayiş etdirmək və yeni tərəfdaşlıqların qurulmasında mühüm rol oynamaqla yanaşı abunəçilərimizlə birbaşa ünsiyyət üçün tam fərqli şərait yaradır. İnanırıq ki, sağlam rəqabət üçün özünəməxsus biznes-platformaya çevrilmiş bu tədbir hər il olduğu kimi bu il də yüksək səviyyədə təşkil olunacaq və iştirakçılarla yanaşı ziyarətçilər üçün məhsuldar olacaq. Sərginin təşkilatçıları və bütün iştirakçılara uğurlar arzu edirik!”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.
Qeyd edək ki, Bakcell şirkəti ilk gündən etibarən hər il “BakuTel” sərgisində iştirak edir və ziyarətçilərə öz xidmət və məhsullarını nümayiş etdirməklə yanaşı onlar üçün müxtəlif əyləncələr təşkil edir.