backend

`Bakcell` yeni satış və xidmət mərkəzini açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ən böyük BakcellIM Sumqayıtda fəaliyyətə başladı. 

Azərbaycanda ən böyük BakcellIM Sumqayıtda fəaliyyətə başladı.

Şirkətdən TİA.AZ-a verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Bu dəfə şirkət Sumqayıt şəhərində növbəti Satış və Xidmət Mərkəzinin açılışını edib.

 Abunəçilər Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində (Şərq Bazarının yanı) yerləşən bu yeni konsept və dizaynlı Satış və Xidmət Mərkəzinə təşrif buyurmaqla həm Bakcell xidmət və məhsulları haqda məlumat əldə edə və satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər. 

 “Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Açılışına toplandığımız bu yeni Satış və Xidmət Mərkəzi Azərbaycanda ən böyük “BakcellIM”dir. İnanırıq ki, Sumqayıt şəhərinin sakinləri və qonaqlar bu mərkəzdə bizim xidmətlərimizdən rahatlıqla faydalanacaqlar”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək.