BAHAR MURADOVANIN KOMİTƏSİNDƏ MÜƏMMALI TENDER – İKİ FAKT AÇIQLANDI

BAHAR MURADOVANIN KOMİTƏSİNDƏ MÜƏMMALI TENDER – İKİ FAKT AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 14-də reportyor.info yazmışdı ki, Milli Məclisin keçmiş vitse-spikeri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin ediləndən bu yana qurum 50 satınalma müsabiqəsi keçirib. Bağlanmış satınalma müqavilələrin toplam maliyyə dəyəri 10 274 276,52 AZN təşkil edir.
Tribunainfo.az yazır ki, sayt yeni məlumatlar yayıb. Təkcə bu fakt Baş Prokurorluğu üçün bəsdir ki, araşdırma aparsın. Komitənin tenderlərində diqqətçəkən məqamlardan biri də “Şahdağ Mehmanxana” MMC və “A ənd J Liftinq” MMC-nin vaxtaşırı qalib elan edilməsidir. “Sahdağ Mehmanxana” 6 may 1989-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 91 166 AZN, qanuni təmsilçisi isə Rəhmanlı Qəmbər Aydın oğludur.
Komitə ilə “Şahdağ Mehmanxana” MMC arasında bağlanan satınalma müqavilələri əsasən tədbirlərin təşkili ilə bağlıdır. Təkcə 2023-cü ildə tərəflər arasında bağlanmış müqavilələrin ümumi maliyyə dəyəri 1 289 976 AZN təşkil edir. Yəni, Komitə 2023-cü ildə “Şahdağ Mehmanxana” MMC vasitəsi ilə keçirdiyi tədbirlərə milyon yarım vəsait xərcləyib. Bu tədbirlər haqqında mediada hər hansı məlumata rast gəlinmir.
“A ənd J Holding” MMC-yə gəlincə, şirkət 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur. Məlum olub ki, “A ənd J Holding” MMC təsadüfi şirkət deyil. Daha doğrusu, onun Komitənin tenderlərində qalib seçilməsi təsadüfi deyil. Bu şirkətlə “Şahdağ Mehmanxana” MMC arasında bağlılıq var.
Məsələ burasındadır ki, “Şahdağ Mehmanxana” MMC 2015-ci ilə qədər ASC kimi fəaliyyət göstərib. 2015-ci ildə ASC-nin səhmləri satışa çıxarılıb. Səhmlərin satışı üzrə investisiya müsabiqəsində “A and J Liftinq” MMC qalib seçilib. Aydın olur ki, “Şahdağ Mehmanxana” və “A ənd J Holding” əslində elə eyni şirkətdir. Bu arada qeyd edək ki, Komitə ilə “A ənd J Holding” arasında bağlanan satınalma müqavilələri də tədbirlərin təşkili ilə əlaqədardır. Yəni, “A ənd J Holding” “Şahdağ Mehmanxana” MMC-nin funksiyasını yerinə yetirir. Görünür, “Şahdağ Mehmanxana” MMC-nin adı çox hallandığına, növbəti tenderlər “A ənd J Holding” MMC-yə verilib.