backend

Bahar Muradova: “Sergey Lavrov bugünkü vəziyyətə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis sədrinin müavini, Parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ məsələsi ilə bağlı açıqlamasına münasibət bildirib. 

TİA.AZ xəbər verir ki, B.Muradova Lavrovun sözügedən açıqlamasının ədalətsiz olduğunu söyləyib:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməlidir. Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanları var. Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Hesab edirəm ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox, real hərəkət gözləyirik”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki gün öncə mətbuata açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bəyan edib.