backend

Bahar Muradova: “Rusiyada Azərbaycanı sevməyən dairələr var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu qərar ilk növbədə Rusiyanın daxildə sərbət toplaşmaq azadlığına və vətəndaşına olan münasibətinin göstəricisidir”. 

“Bu qərar ilk növbədə Rusiyanın daxildə sərbət toplaşmaq azadlığına və vətəndaşına olan münasibətinin göstəricisidir”.

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Parlamentin sədr müavini Bahar Muradova bildirib.

Vitse-spiker deyib ki, bu qərarı Rusiya dövlətinin məqsədli siyasəti hesab etmək də olmaz:

“Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu Rusiyanın xoşuna gəlsin! Sadəcə olaraq biz burada yaşayan xalqlara qarşı adekvat münsaibət göstəririk. Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa qarşı eyni hörmət var. Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanılılara da belə münsibət göstərislin”.

B.Muradova qeyd edib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var:

“Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu onların bəzi politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Bu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir. Onları bu hərəkətlərdən çəkindirmək üçün imkanlarını işə salmağa çalışmalıyıq. Bu məsələlər hüquq müstəvisində həll olunmalıdır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Azərbaycanlı Rusiya vətəndaşlarından tələb olunur ki, nöqsanları aradan qaldırsınlar. Birliyə, həmrəyliyə, dostluğa, vahid mövqedən çıxış etməyə söykənərək, məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Ümid edirəm ki, məsələ yaxın zamanda həllini tapacaq”.

Qeyd edək ki, B.Muradova çıxış edərkən, millət vəkili Zahid Orucun hərəkətləri onda etiraz yaradıb. Buna görə də deputata “Zahid Oruc, imkan ver, biz də danışaq!” deyə müraciət edib.