Bahar allergiyasını yüngülləşdirən 5 qida

Bahar allergiyasını yüngülləşdirən 5 qida

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövsümi allergiyalar adətən reseptsiz dərmanlarla müalicə olunur, lakin mütəxəssislərin fikrincə, pəhrizinizə əlavə etdiyiniz bəzi qidalar da allergiya ilə mübarizədə təsirli ola bilər.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, mövsümi allergiyanın ümumi simptomlarına asqırma, göz qaşınması, burun tıxanıqlığı və sinus təzyiqi daxildir.

Bu növ allergiyanı müalicə etmək üçün bir çox dərman növləri mövcuddur, lakin qidalanma yolu ilə allergiyanın təsirini azaltmaq da mümkündür.

Allergiya, immunitet sisteminin zərərsiz bir maddəyə həddindən artıq reaksiyası olaraq təyin olunur. Bu maddələr; polen, heyvan tükləri və ya toz kimi ətraf mühit amilləri ola bilər və onlar tənəffüs yolları və ya dəri vasitəsilə bədənə daxil olur, selikli qişalardakı hüceyrələrlə təmasda olur. Bu təmasda immunitet sistemi “histamin” adlı kimyəvi maddə buraxır. Histamin, asqırma, qaşınma və burun tıxanıqlığı kimi simptomlara səbəb olan allergik reaksiyalara səbəb olur.

Sitrus meyvələri, yaşıl yarpaqlı tərəvəzlər və giləmeyvə allergiya simptomlarını idarə etməyə kömək edə bilər. İmmunitet sistemini gücləndirməyə kömək etməklə yanaşı, C vitamini də allergik rinit kimi simptomların aradan qaldırılmasında mühüm rol oynayır.

C vitamini əlavələrinin allergik rinitin simptomlarını yaxşılaşdırmağa kömək edə biləcəyini ortaya qoyub.

Allergiya ilə mübarizə üçün başqa bir təbii həll probiyotiklərdir. Probiyotiklər bağırsaqda yaxşı bakteriyaların səviyyəsini dəstəkləyərək allergiya simptomlarını azalda bilər. Faydalı probiotiklərə duzlu kələm, qatıq, tempeh və kombucha kimi qidalar daxildir.

Mövsümi allergiya ilə mübarizə aparmaq üçün daha sağlam yollar axtarırsınızsa, mütəmadi olaraq probiyotiklər və C vitamini ilə zəngin qidalardan istifadə etmək faydalıdır.

 

Dəniz