Bahalı Ramazan menyuları – Orucunu restoranlarda batil edənlər

Bahalı Ramazan menyuları – Orucunu restoranlarda batil edənlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ramazan menyularıyla bağlı daim bizə istehlakçı şikayətləri daxil olur. 20 manatdan 75-dək Ramazan menyuları təklif olunur. Bu isə vəziyyətdən sui-istifadə etmək, istehlakçını aldatmaqdan başqa bir şey deyil. Savab qazanmaq üçün bəzi insanlar Ramazan süfrələri açır ki, oruc tutan insanlar bundan yararlansınlar, lakin biznes qurumları bundan sui-istifadə edir. Onlar bu addımlarıyla həm Allah, həm də bəndə yanında günah qazanırlar”.
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ramazan menyuları haqda danışarkən deyib. Ekspert yüksək məbləğdə Ramazan menyuları təqdim edən restoranların fəaliyyətini sərt tənqid edib:
“Əksinə biznes qurumları gərək, buna dəstək versinlər. Adam bir oturuma 75 manatlıq yemək yeyə bilməz. Bu süfrələri açan insanlar da gərək israfçılıq etməsinlər. Qurani-Kərimdə birmənalı şəkildə qeyd olunur ki, hətta Allah yolunda verdiyiniz ehsan zamanı belə israfçılıq etməyin. Belə israfçılıq etmək nəyə lazımdır? Ramazan menyuları bu dərəcədə baha ola bilməz. Qətiyyən düzgün deyil, əhali narazılığını bildirir. Ramazan süfrəsinə bu pulu verən adamlar da günah qazanırlar, çünki israfçılıq edirlər. Düşünürəm ki, bu yolverilməzdir və hökumət buna dərhal müdaxilə etməlidir”.