BAHALAŞMANI BU CÜR DAYANDIRMAQ OLAR – EKSPERT AÇIQLADI

BAHALAŞMANI BU CÜR DAYANDIRMAQ OLAR – EKSPERT AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bahalaşmanı dayandırmaq mümkün deyil. Sadəcə olaraq bahalaşmanın təsirlərini və səviyyəsini azaltmaq olar”.

Tribunainfo.az-a günü-gündən bahalaşan qiymətlərlə bağlı açıqlama verən iqtisadçı ekspert Toğrul Maşallı bildirib ki, bahalaşmanın qarşısını almaq üçün həm maliyyə, həm vergi, həm də digər sahələr üzrə konpleks tədbirlər keçirilməlidir.

Ekspertin sözlərinə görə, ilk addım olaraq ən yaxşısı strateji məhsullar üzrə, yəni əhaliyə ən çox təsir edən məhsullar var ki, daha çox ərzaq və digər ilkin ehtiyac vasitələri və bu kimi məhsulların qiymət səviyyəsini azaltmaq lazımdır.

“Hesablamaq lazımdır ki, idxal hansı pay tutur, müvafiq məhsulların idxalını müxtəlif vergilərdən azad etmək, eyni zamanda kənd təsərrüfatına dəstək olmaq xüsusilə də bazarda rəqabət mühiti yatarmaq lazımdır. Rəqabət mühiti deyəndə yəni, yerli istehsalat üçün müəyyən şərait yaratmaq lazımdır. Bu da gələcəkdə öz effektini verə bilər”.