Bahalaşan təkcə qarpız deyil…

Bahalaşan təkcə qarpız deyil…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd təsərrüfatı malları kənddə ucuz, şəhərdə od qiymətinə satılır

 Paytaxtın “Nəsimi” bazarında əriyin kilosu 6 manatadır və satıcı heç cür qiymətdə güzəştə getmək istəmir

Deyir, “mövsüm sonu olduğundan əriklə gilas bazara bir az baha “gəlir”, ona görə də “aşağı yeri yoxdur”.

“Bazarda bəzi mövsüm mallarında qiymət bahadır, adətən, bu vaxtlar bir az ucuzluq olardı”, alıcılardan biri bazardakı qiymətlərdən şikayətlənir.

Sosial şəbəkələrdə daha çox qarpızın bahalaşmasından şikayətlər edilsə də, elə digər mövsümi mallar da qarpızdan geri qalmırmış.

“BBC News Azərbaycanca”nın müxbiri baş çəkdiyi bazar və marketlərdə mövsumi kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edib. Məsələn, acı bibərin kilosu isə 3,50 manatdır. Pomidor və badımcan 2 manata qalxıb. Halbuki, bir müddət öncə onların qiyməti xeyli ucuz idi.

Pomidor və badımcan 2, şirin bibər 1,50 – 2.30, acı bibərin kilosu isə 3,50 manatdır.

Demək olar ki, hər yerdə mövsümi kənd təsərrüfatı məhsullarının qiyməti “göz qorxudur”.

Əriyin kilosu 6 manata, qarpızın kilosu 1,20, yemiş isə 3 manatdan təklif olunur.

Alıcı Gülnarə İbrahimova deyir ki, bir müddət əvvəl qiymətlər nisbətən ucuz idi. İndi mövsüm meyvələri də bahadır:

“Əriyin kilosunu 5 manata aldım. Mövsüm meyvəsi niyə bu qədər baha olsun ki?! Gilası 2 manata aldım. O, bir az yaxşıdır yenə”.