Bahadur Bəşirova məxsus “Evro İnşaat” 25 min manat cərimələnirbackend

Bahadur Bəşirova məxsus “Evro İnşaat” 25 min manat cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bahadur Bəşirova məxsus olduğu deyilən “Evro İnşaat” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Evro İnşaat”ın İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Evro İnşaat”la bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 4 dekabr tarixində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə prosesə baxış iclası keçiriləcək.

Qeyd edək ki, cərimələnən “Evro İnşaat” MMC-nin rəhbəri Bahadur Bəşirov “Mətanət A” şirkətinin sahibi, tanınmış iş adamı Elxan Bəşirovun qardaşıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar