“MuğanBank” bağlanması ilə sözügedən bankda əmanəti, depoziti olanların haqlı narahatlığı da yaranıb. Bankın bir çox müştərisi hələ də onlara pulun hansı qaydalar əsasında qaytarılacağını bilmir.
Tribunainfo.az yazır ki, bank ekspertləri “MuğanBank”da əmanəti və depoziti olanların bankdan arayış almalı olduğunu bildirir.
Ekspertlər qeyd edir ki, arayış əmanətlərin sığortalanması fonduna təqdim edilməlidir. Bundan sonra isə haradan kompensasiya alınacağı ilə arayış təqdim edənlərə məlumat veriləcək.
İqtisadçılar və ekspertlər tələsməməyi və panikaya düşməməyi məsləhət görür