“Biz düşünmürük ki, Xaqani küçəsində – Azərbaycan Yazıçılar Birliyinə aid olan yerdə fəaliyyət göstərən “26” – “Twenty six” kafesinin adı 26 Bakı komissarına görə qoyulub”.
“Biz düşünmürük ki, Xaqani küçəsində – Azərbaycan Yazıçılar Birliyinə aid olan yerdə fəaliyyət göstərən “26” – “Twenty six” kafesinin adı 26 Bakı komissarına görə qoyulub”.
Bunu açıqlamasında AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza adı gedən kefenin qəfil bağlanması və əmlakının müsadiər edilməsi məsələsinə münasibət bildirərkən söyləyib.
O, əlavə edib ki, kafenin adında belə bir məna olmuş olsa belə, bu barədə AYB-nin heç bir məlumatı olmayıb.
Xəyal Rzanın sözlərinə görə, “26” – “Twenty six” kafesinin sahibi bir neçə ay öncə qanuni şəkildə müqavilə bağlayaraq, AYB-yə aid olan həmin yeri icarəyə götürüb.
Xatırladaq ki, Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe bu gün bağlanıb. Kafenin adını bildirən “26” – “Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Bakı Şəhər İcra Hakimiyyəti buna səbəb kimi kafenin adının əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarları ilə əlaqəli olduğunu qeyd edib.
kulis.az