Bağırsaqda xərçəng xəstəliyinin yaranma səbəbləri

Bağırsaqda xərçəng xəstəliyinin yaranma səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bağırsaqların xərçəng xəstəliyi bədxassəli şiş xəstəliyi hesab edilir və bağırsaqların divarının zədələnməsinə səbəb olur. Bağırsaqlarda xərçəng xəstəliyi 60% hallarda yoğun bağırsaqda əmələ gəlir və siqmavari bağırsağa yayılır. 40% hallarda isə xərçəng xəstəliyi düz və ya kor bağırsaqda əmələ gəlir. Nazik bağırsaqlarda xərçəng xəstəliyinə nadir hallarda rast gəlinir.

Bağırsaq xərçənginin araşdırmaları ilə məşğul olan Robert Kox adına instututun alimləri bağırsaqlarda əmələ gələn xərçəngin 16%-nin xərçəngin yeni növü olduğunu aşkara çıxarıb.

90% bədxassəli bağırsaq xərçənginin bağırsaqların selikli qişasının pozulmaları səbəbindən meydana gəlir. Bağırsaq xərçənginin əmələ gəlməsində poliplərin və adenomaların rolu böyükdür. Adenomalar və poliplər nəzarətə aılna bilinməyəcək hüceyrələrin inkişafına səbəb olur və mutasiyaya uğrayır. Bu da şiş toxumasının sürtələ inkişaf etməsinə və bədxassəli şiş toxumasına çevrilmsinə səbəb olur. Xoşxassəli şiş toxumasının (adenoma, polip) bədxassəli toxumaya çevrilməsi prosesi 5-10 il vaxt aparır.

Bağırsaq xərçənginin əlamətləri aşağıdakılardır:  

* nəcisdə gəzlə görünən qanın olması
* bəzən qəbizlik, bəzən ishalın olması
* üz bağırsaqda yalançı defekasiya simptomlarının olması
* nəcisdə gizli qanın olması
Bağırsaq xərçənginin əmələgəlmə səbəbi nələr ola bilir?
* artıq çəki
* az hərəkətlilik
* xroniki alkoqolozm
* düzgün qidalanmmaq ( həddindən çox yağlı və ya hisə verilmiş qidaların qəbulu)
* bağırsaqların xroniki iltihabi xəstəlikləri
* irsi meyillik (20-25% hallarda)
Bağırsaqlarda xərçəng inkişaf etdikdə xəstədə aşağıdakı əlamətlər meydana çıxır:
* bağırsaq fəaliyyətinin pozulmaları
* qarın boşluğunda ağrılar
* zəiflik, tez yorulma
* anemiya
* nəcisdə qan

 

Xəstəliyə dianozun qoyulmasına anamnezin, kliniki müayinələrin, rektal müayinənin, endoskopik müayinənin, MRT-in, KT-nin müayinəsi böyükdür.