Bağırsaq xərçəngindən şübhələnənlər oxusunlar – VİDEO

Bağırsaq xərçəngindən şübhələnənlər oxusunlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Günümüzün ən qorxulu xəstəliklərindən biri və birincisi xərçəng xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edir ki, yaxın 2-3 il ərzində hər 10 adamdan biri bu xəstəliyin qurbanı olacaq. Hazırda isə hər 20-30 adamdan birində bu hiyləgər xəstəliyə rast gəlinir. Demək olar ki, hər birimiz bu ölümcül xəstəliyin qurbanı olan çoxsaylı doğmalarımızı itirmişik.
Xərçəng xəstəliyi hüceyrə xəstəliyidir və polip adlanan hüceyrə yığıntısı şəklində yaranır. Poliplər insanda heç bir narahatçılıq yaratmırlar və bir müddət sonra xərçəngə çevrilirlər. Xəstələr yalnız o halda bundan xəbər tuturlar ki, xərçəng irəliləmiş mərhələdə olur. Bu zaman isə xəstənin həyatını bir müddətə də olsa xilas etmək üçün kimya terapiya, şüa terapiyası kimi ağır tibbi prosedurlardan istifadə olunur.
Hazırda ən çox yayılmış xərçəng və ya polip yoğun bağırsaq xərçəngi və polipləridir. Hər il dünyada milyonlarla, Azərbaycanda isə minlərlə adam bu amansız xəstəlik səbəbindən dünyasını vaxtsız dəyişir. Hər 4-5 adamdan birində isə yoğun bağırsaq polipi aşkar edilir. Heç bir əlamətlə özünü büruzə verməyən yoğun bağırsaq polipləri bir neçə dəqiqəyə xaric edilir və xəstə onu gözləyən təhlükədən birdəfəlik xilas olur. Xüsusən ailəsində, birinci və ya ikinci dərəcəli qohumlarında xərçəng və polip olan insanlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar.
Əgər yaşınız 30-dan çoxdursa, qarın nahiyəsində sancı və narahatlıqlar hiss edirsinizsə, tez-tez qəbizlik və ya ishal olursunuzsa, qarının aşağı hissəsində yel və güclü spazmlar baş verirsə, nəcisin rəngində dəyişiklik və qarında davamlı köp yaranırsa, bəlkələrə güvənməyin, mütləq həkimə müraciət edin.
“European Medical Consulting” Avropa protokollarına uyğun olaraq “Müayinədən qorxma, xərçəngdən qorx” adlı maarifləndirici kampaniyaya başlayır. Kampaniyaya qatılan soydaşlarımız cəmi 100 AZN (başqa yerlərdə bu qiymətlər 150-200 AZN arası dəyişir) ödəməklə, ölkənin ən aparıcı və tanınmış klinikalarında yoğun bağırsaq müayinəsindən keçərək, onlarda yoğun bağırsaq xərçəngi riski olub-olmadığını öyrənəcək, bununla yanaşı hər iki böyrəklər, sidik kisəsi, mədəaltı vəzi, qaraciyər, öd kisəsi, dalaqla bağlı ümumi müayinədən keçəcəklər.
Öz taleyinə biganə qalma, özünə dəyər ver! Ailənə, doğmalarına və səni sevənlərə dəyər ver! Müayinədən qorxma, xərçəngdən qorx! İmkan vermə ki, “əcəl zəngi” qapını vaxtsız döysün! Unutma ki, poliplər vaxtında aşkar olunduqda heç bir problem yaratmır!
Kampaniyaya qatılan soydaşlarımızın öncədən qeydiyyatdan keçməsi vacibdir.
Əlaqə telefonu: (077) 305-77-78