“Bu regionda heç bir layihə, o cümlədən “Sülhün kəsişməsi” Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər politoloq Armen Bağdasaryana məxsudur.
O deyib ki, 44 günlük müharibənin əsas səbəbi regionda bir çox proqramların həyata keçirilməsi idi. “Həmin müharibə bölgə üzərindən keçəcək layihələrin reallaşması zamanı maneələri aradan qaldırmağa hesablanmışdı. Daha doğrusu, böyük güclər Qarabağ münaqişəsini həll etməklə, Orta Dəhlizi açmaq qərarına gəliblər”.