Bağdaddan kürd muxtariyyətinə qarşı SƏRT ADDIMLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Bağdad Ərbilin 26 illik muxtariyyətinə son qoymağa hazırlaşır.

 

Rəsmi Bağdad Ərbilin 26 illik muxtariyyətinə son qoymağa hazırlaşır.

İraqın baş naziri Heydər əl-İbadinin sözlərinə görə, Şimali İraq Kürd Muxtariyyətinə qarşı atılacaq addımlar dəqiqləşib.

Bu addımlar aşağıdakılardır:

– Ölkənin bütün sərhəd-keçid məntəqələri Bağdadın nəzarətində olacaq

– Ərbil və Süleymaniyyə hava limanları mərkəzi hökumətə təhvil veriləcək.

– Türkiyəyə uzanan neft boru kəməri Bağdadın nəzarətində olacaq. Muxtariyyət xaricə birbaşa neft sata bilməyəcək.

– Muxtariyyətin büdcəsinə mərkəzi hökumət tərəfindən nəzarə ediləcək.

– Peşmərgə ya İraq Silahlı qüvvələrinin bir hissəsi olacaq, ya da ixtisar ediləcək.