Milliyyətçi Hərəkat Partiyasının (MHP) vilayət və rayonlar üzrə daha 55 bələdiyyə başqanı namizədi açıqlanıb. Tribunainfo.az bildirir ki, martın 31-də keçiriləcək yerli seçkilərdə bütün partiyaların namizədləri bir-bir müəyyənləşdirilir. MHP-də namizədliyi dəqiqləşən daha 3 il, 10 böyük şəhər və 42 rayon bələdiyyə başqanlığına namizədlər bəlli olub. Beləliklə, partiya ümumilikdə 165 namizədini açıqlayıb.