MHP sədri Dövlət Baxçalı CHP-nin yerli seçkilərdə etdiyi ittifaq çağırışına mənfi cavab verən İYİ Partiyası ilə bağlı diqqətçəkən açıqlamalar verib. Tribunainfo.az bildirir ki, Baxçalı, “Məncə, arxa qapıda etiraf edilməmiş iş birliyini davam etdirəcəklər. Aydındır ki, seçkilərə azad və müstəqil şəkildə daxil olmaq siyasət və həyat həqiqətləri ilə ziddiyyət təşkil edir. Çünki İYİ Partiyasının artıq gücü və dözümü yoxdur. Gündən-günə sönür, sona çatır” söyləyib.
İYİ Partiyasının CHP-nin yerli seçki təklifinə mənfi cavab verməsi Ankara lobbilərini ayağa qaldırıb və məsələ ilə bağlı qiymətləndirmələr edən MHP sədri Dövlət Baxçalının sözləri Meral Akşeneri qəzəbləndirib.