Bağçadakı 2 yaşlı uşağın ölüm səbəbi… Həkim danışdıbackend

Bağçadakı 2 yaşlı uşağın ölüm səbəbi… Həkim danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşağın yaxınları bildirib ki, körpədə ürək qüsuru olub. Çox güman ki, kombinə olunmuş qüsur olub. Belə qüsurlarda qəfil ölüm olur.

Tribunainfo.az xəbər verir ki, bu sözləri həkim-pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, belə qüsurları təyin etmək çətin olmur. Həkim bildirib ki, belə xəstəliklə doğulmuş uşaqların valideynləri onları bağçaya, məktəbə göndərərkən diqqətli olmalıdır:

“Bu uşaq heç olmasa bir dəfə də olsa həkimdə olubmu? Bağça arayış tələb edibmi? Eynilə məktəbə qəbul zamanı da arayış tələb olunmalıdır! Bütün hallarda valideyn diqqətli olmalıdır. İndi təəssüf ki, epileptikləri də məktəbə göndərir valideynlər. Mən Təcili Yardım işləyəndə tutması olan uşaqlara çağırışlar olurdu. Saxta arayışı verənlər də məsuliyyət daşıyır. Əgər belə arayış verilibsə, həmin şəxslər məsuliyyət daşıyır”.

Qeyd edək ki, AZTV-nin əməkdaşı Həmid Əsədzadənin azyaşlı övladı bağçada yıxılaraq dünyasını dəyişib.