Müəllimləri imtahan edirlər. Bağçada işləyənləri də sınaqdan keçirmək lazımdır. Xüsusilə uşaq psixologiyasından bixəbər olanları belə müəssisələrə buraxmaq lazim deyil.Tribunainfo.az xəbər verir ki, bu barədə həkim-pediatr Vaqif Qarayev təklif irəli sürüb. Həkim bildirib ki, əksər bağçalarda tərbiyəçilərin uçaqla işləmək anlayışı yoxdur:
“Bağçada uşaqları döyürlər. İlk hadisə deyil, təki sonuncu olsun. Niyə belə olur?
Mən bir neçə dəfə bağçada kənardan müəllim-tərbiyəçilərin davranışına fikir vermişəm, uşaqla işləmək anlayışları yoxdur! Ola bilər subaydılar, uşaq haqqında anlayışları hələ yaranmayıb, amma belələrinin uşaq kollektivində nə işi var?
Bəlkə də ixtisaslı kadrlar çatışmır. Belədirsə niyə hər tində yeni-yeni uşaq bağçaları açılır?
Müəllimləri imtahan edirlər, bağçada işləyənləri də sınaqdan keçirmək lazımdır. Xüsusilə uşaq psixologiyasından bixəbər olanları belə müəssisələrə buraxmaq düzgün deyil!”.
Nigar