Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub – NAZİRLİK

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub – NAZİRLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Badamdar-20-ci sahə avtomobil yolundakı sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.

Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.

 

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.